Əfqanıstanda I Beynəlxalq Plastmas Sənayesi Sərgisi

2-5 may 2017-ci il tarixlərində Əfqanıstan İslam Respublikasının paytaxtı Kabul şəhərində “Afghan Plast Expo” I Beynəlxalq Plastmas Sənayesi Sərgisi keçiriləcək. Sərgi Əfqanıstan sənayesini dünyaya tanıtmaq, ölkədə, xüsusilə də plastmas sənayesində mövcud olan potensial investisiya imkanlarını təqdim etmək məqsədini daşıyır. Sərgi plastmas sənayesində fəaliyyət göstərən bütün yerli və beynəlxalq firmalar, şirkətlər, fabriklər, treyderlər və sənayeçilərə məhsullarını nümayış etdirmək və potensial alıcı və müştəriləri cəlb etmək üçün layiqli platforma olacaq.
“Afghan Plast Expo” sərgisində iştirak etməkdə maraqlı olan sahibkarlar aşağıda göstərilən əlaqə vasitələrindən istifadə edərək ətraflı məlumat əldə edə bilərlər:

Tel.: +93(0) 788 98 12 82
E-mail: bbc786af@yahoo.com