Mədinədə yüngül sənaye və əl işləri üzrə beynəlxalq sərgi təşkil olunacaq

Cari ilin 26 noyabr – 2 dekabr tarixlərində Səudiyyə Ərəbistanının Mədinə şəhərində yüngül sənaye və əl işləri üzrə beynəlxalq sərgi keçiriləcəkdir.
Sərgi İƏT-ə üzv dövlətlərin yüngül sənaye və əl işləri sektorlarının (mebel, dekorasiya, dizayn xidmətləri, məişət avadanlıqları və elektrik cihazlar, döşəmə və divar örtükləri, dulusçuluq, dəri emalı, əl işləri, bijuteriya, tekstil və geyim) nümayəndələrini bir araya gətirəcəkdir.
Sərgi ilə bağlı daha ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

Sherif Zamil – İcraçı direktor
Sərgi və Konfranslar üzrə Mədinə Beynəlxalq Şirkəti
Mədinə, Səudiyyə Ərəbistanı Krallığı
Tel.: +996 14 822 44 17
Faks: +996 14 823 48 66
E-poçt: info@mexco-co.com; sherifzamil@hotmail.com
İnternet səhifə: www.mexco-co.com