İslam Əməkdaşlığı Təşkilatına üzv-ölkələrin Səhiyyə Məhsullarının 3-cü Sərgisi keçiriləcəkdir

İslam Əməkdaşlığı Təşkilatının (İƏTüzv-ölkələri arasında ticarətin və investisiyalan təşviq edilməsi məqsədilə həyata keçirilən fəaliyyət çərçivəsində İCDT təşkilatı və Mərakeşin Sərgilər Ofisi (OFEC) Mərakeşin Səhiyyə Nazirliyinin himayəçiliyi ilə 24-27 mart 2016-cı il tarixlərində Mərakeşdə yerləşən OFEC təşkilatının Sərgi Mərkəzində İƏT üzv-ölkələrinin  Səhiyyə  Məhsullarının 3-cü Sərgisini keçirəcəklər. Bu tədbir 17-ci Beynəlxalq Səhiyyə Sərgisi zamanı keçiriləcəkdir.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.
Ətraflı məlumat üçün aşağıdakı internet ünvana müraciət etmək olar:

www.medicalexpo.ma