Tədbirlər

  • 08.06.2017 Azərbaycan-Avropa İttifaqı Biznes Forumu

    8 iyun 2017-ci il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Azərbaycan-Avropa İttifaqı Biznes Forumu keçiriləcəkdir.

    Biznes foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Avropa şirkətlərinin qatılacağı gözlənilir. Tədbirin “Abşeron Marriott” mehmanxanasında keçiriləcəyini diqqətinizə çatdırır və Sizi qeyd olunan forumda iştiraka dəvət edirik.

    Tədbirdə şirkətinizi təmsil edəcək şəxslə bağlı məlumatı 1 iyun 2017-ci il tarixinədək bizə bildirməyinizi (tel.: 012 5980147/48 və ya 4371142, daxili: 123; 108, 119, e-mail: anuriyev@azpromo.az) və eyni zamanda, Registration Form for Azerbaijani companies/organisations bu keçid vasitəsilə qeydiyyatdan keçməyinizi xahiş edirik. 

    Tədbirə qeydiyyat