“Worldfood Moscow” sərgisində iştirak etmək istəyən ixracatçıların nəzərinə!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 11 sentyabr - 14 sentyabr 2017-ci il tarixlərində keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 50 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 25 may 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:
ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal;
nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal;
sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərilməklə) – 5 (beş) bal;

Meyarların üzrə minimum keçid balı - 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə;
  • nümayiş olunacaq məhsulların siyahısı;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 1 may 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanından istifadə edə (destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel.: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.