“HKTDC Hong Kong International Wine & Spirits Fair” sərgisində iştirak etmək istəyən ixracatçıların nəzərinə!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Ərazisində 9 noyabr - 11 noyabr 2017-ci il tarixlərində keçiriləcək “HKTDC Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). 

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 29 iyul 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 (beş) bal;

Meyarların cəmi üzrə minimumkeçid balı  20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə;
  • nümayiş olunacaq məhsulların siyahısı;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 4 iyul 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanından istifadə edə (destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel.: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.