AZPROMO Anlaşma Memorandumu imzalayıb

Aprelin 5-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KİTA) nümayəndələri arasında görüş keçirilib, iki ölkənin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə AZPROMO ilə KİTA arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.