Azərbaycan Respublikasının iqtisadi rayonları

Get Adobe Flash player

ŞƏKİ - ZAQATALA

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları
Ərazisi: 8,84 min kv. km
Əhalisi: 593,2 min nəfər
İqtisadiyyatının əsas sahələri:
Kənd təsərrüfatı, yüngül və yeyinti sənaye sahələri, turizm
Təbii ehtiyatları:
Mis, kükürd kolçedanı, qurğuşun, sink, çınqıl, qum, tikinti materialları, su ehtiyatları
Hava limanı:
Zaqatala Beynəlxalq Hava Limanı, Şəki süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanı
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı:
1345,1 mln. manat
o cümlədən:
- sənaye: 74,8 mln. manat
- kənd təsərrüfatı: 475,5 mln. manat
Şəki-Zaqatala iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı:
70,9 min nəfər
Şəki-Zaqatala :iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı:
244,4 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
592,2 mln. manat
Tikintisi davam etdirilən layihələrin sayı:
- 1 taxıl anbarı;
- 1 quşçuluq təsərrüfatı;
- 1 heyvandarlıq kompleksi;
- 1 süd emalı müəssisəsi
Prioritet sahələr:
- çayçılığın və sitrus meyvəçiliyinin intensiv inkişafı;
- südlük və ətlik istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması;
- müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;
- müasir çörək zavodlarının yaradılması;
- müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması;
- müasir meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması;
- üzümçülüyün və şərabçılığın inkişafı;
- müasir istixana komplekslərinin yaradılması;
- iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı.

ARAN

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Mingəçevir, Yevlax, Şirvan şəhərləri
Ərazisi: 21,15 min kv. km
Əhalisi: 1910,4 min nəfər
İqtisadiyyatının əsas sahələri:
Sənaye, kənd təsərrüfatı
Təbii ehtiyatları:
Neft, təbii qaz, yodlu və bromlu mədən suları, tikinti materialları, günəş enerjisi, su ehtiyatları, əkinə yararlı torpaq sahələri
Hava limanı:
Yevlaxda süni örtüklü uçuş-enmə zolağı ilə təchiz olunmuş hava limanı
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı:
4876,5 mln. manat
o cümlədən:
- sənaye: 849 mln. manat
- kənd təsərrüfatı: 1582,5 mln. manat
Aran iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı :
212,7 min nəfər
Aran iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı :
259,6 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
1549,6 mln. manat
Tikintisi başa çatdırılmış layihələrin sayı:
-2 soyuducu anbar;
-2 taxıl anbarı;
-2 quşçuluq təsərrüfatı;
-1 heyvandarlıq kompleksi;
-2 istixana kompleksi;
-2 üzümçülük təsərrüfatı;
-1 süd emalı müəssisəsi
Tikintisi davam etdirilən layihələrin sayı:
-1 soyuducu anbar;
-1 taxıl anbarı;
-5 quşçuluq təsərrüfatı;
-3 heyvandarlıq kompleksi;
-1spirtli içkilər istehsalı müəssisəsi;
-3 intensiv bağçılıq təsərrüfatı;
-2 süd emalı müəssisəsi;
-2 ət emalı (kəsim fabriki) müəssisəsi;
-1quru meyvə istehsalı müəssisəsi;
-1 çörək istehsalı müəssisəsi;
-1 tikinti materialları istehsalı müəssisəsi
Prioritet sahələr:
-südlük və ətlik istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması;
-müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;
-müasir çörək zavodlarının yaradılması;
-müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması;
-müasir meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması;
-üzümçülüyün və şərabçılığın inkişafı;
-müasir istixana komplekslərinin yaradılması;
-iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının yaradılması;
-kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı.

 :

KƏLBƏCƏR-LAÇIN

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları. İqtisadi rayona daxil olan bütün inzibati rayonlar erməni işğalı altındadır
Ərazisi: 6,42 min kv. km
Əhalisi: 240,1 min nəfər
İqtisadiyyatının əsas sahələri:
Kənd təsərrüfatı, sənaye, turizm
Təbii ehtiyatları:
Qızıl, civə, mərmər, üzlük tikinti daşları, kopal, perlit
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı:
99,1 mln. manat
o cümlədən:
- sənaye: 0,7 mln. manat
- kənd təsərrüfatı: 44,9 mln. manat
Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı :
21,3 min nəfər
Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı :
252,9 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
0,3 mln. Manat

GƏNCƏ - QAZAX

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri
Ərazisi: 12,3 min kv. km
Əhalisi: 1227,5 min nəfər
İqtisadiyyatının əsas sahələri:
Kənd təsərrüfatı, sənaye, turizm və xalq sənətkarlığı
Təbii ehtiyatları:
Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı, hidroenerji və təbii-rekreasiya ehtiyatları
Hava limanları:
Gəncə Beynəlxalq Hava Limanı, Ağstafa və Naftalanda süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı:
2725,5 mln. manat
o cümlədən:
- sənaye: 297,7 mln. manat
- kənd təsərrüfatı: 911,5 mln. manat
Gəncə-Qazax iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı :
143,4 min nəfər
Gəncə-Qazax iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı :
269,7 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
904 mln. manat
Tikintisi davam etdirilən layihələrin sayı:
- 2 soyuducu anbar;
- 1 istixana kompleksi;
- 4 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsi;
- 1 süd emalı müəssisəsi;
- 1 süfrə suları istehsalı müəssisəsi;
- 1 çörək istehsalı müəssisəsi;
- 2 turizm müəssisəsi
Prioritet sahələr:
- üzümçülüyün və şərabçılığın inkişafı;
- müasir istixana komplekslərinin yaradılması;
- məhsuldar kartof və soğan əkilməsi;
- müasir çörək zavodlarının yaradılması;
- müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması;
- müasir meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması;
- müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;
- iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının yaradılması;
- südlük və ətlik istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək
Ərazisi: 5,5 min kv. km
Əhalisi: 435,3 min nəfər
İqtisadiyyatının əsas sahələri:
Sənaye, kənd təsərrüfatı, xidmət
Təbii ehtiyatları:
Molibden, polimetal filizlər, daşduz, dolomit, mərmər, tikinti materialları və mineral su ehtiyatları
Hava limanı:
Naxçıvan Beynəlxalq Hava Limanı
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı:
2873,2 mln. manat
o cümlədən:
- sənaye: 862,9 mln. manat
- kənd təsərrüfatı: 337,1 mln. manat
Naxçıvan iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı :
102,6 min nəfər
Naxçıvan iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı :
376,3 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
1037,7 mln. manat
Tikintisi başa çatdırılmış layihələrin sayı: 4
Tikintisi davam etdirilən layihələrin sayı: 7
Prioritet sahələr:
- sənaye
- kənd təsərrüfatı

YUXARI QARABAĞ

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları və Xankəndi şəhəri. İqtisadi rayonun Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin ərazisi tamamilə, Ağdam və Füzuli rayonlarının əraziləri isə qismən erməni işğalı altındadır
Ərazisi: 7,33 min kv. km
Əhalisi: 645 min nəfər
İqtisadiyyatının əsas sahələri:
Kənd təsərrüfatı, sənaye və turizm
Təbii ehtiyatları:
Polimetal filiz yataqları, tikinti materialları, mineral sular. Erməni işğalçıları iqtisadi rayonun başqa sərvətlərini qarət etdikləri kimi, meşələrdə qiymətli ağac növlərini də qırıb Ermənistana daşımaqla rayonun nadir meşə faunasını talan etməkdədir
Hava limanı:
Ağdam süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanı
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı: 375,7 mln. manat
o cümlədən:
- sənaye: 16,5 mln. manat
- kənd təsərrüfatı: 209,5 mln. manat
Yuxarı Qarabağ iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı :
43,7 min nəfər
Yuxarı Qarabağ iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı:
230,4 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
63,1 mln. manat
Tikintisi başa çatdırılmış layihələrin sayı:
- 1 soyuducu anbar
Tikintisi davam etdirilən layihələrin sayı:
- 1 soyuducu anbar;
- 2 quşçuluq təsərrüfatı
Prioritet sahələr:
- südlük və ətlik istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması;
- müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;
- müasir çörək zavodlarının yaradılması;
- müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı.

QUBA-XAÇMAZ

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonları
Ərazisi: 6,96 min kv. km
Əhalisi: 518,4 min nəfər
İqtisadiyyatının əsas sahələri
Kənd təsərrüfatı, sənaye, turizm və xalq sənətkarlığı
Təbii ehtiyatları:
Neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil, su ehtiyatları, zəngin təbii-rekreasiya ehtiyatları
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı:
1306,7 mln. manat
o cümlədən:
- sənaye: 81,2 mln. manat
- kənd təsərrüfatı: 551,3 mln. manat
Quba-Xaçmaz iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı:
50,9 min nəfər
Quba-Xaçmaz iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı:
286,5 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
490,5 mln. manat
Tikintisi başa çatdırılmış layihələrin sayı:
- 4 soyuducu anbar;
- 1 tikinti materialları istehsalı müəssisəsi
Tikintisi davam etdirilən layihələrin sayı:
- 2 soyuducu anbar;
- 1 quşçuluq təsərrüfatı;
- 1spirtli içkilər istehsalı müəssisəsi;
- 1 istixana kompleksi;
- 1 üzümçülük təsərrüfatı;
- 3 intensiv bağçılıq təsərrüfatı;
- 2 quru meyvə istehsalı müəssisəsi
Prioritet sahələr:
- intensiv bağçılıq (alma, armud, ərik, gavalı, nar və. s) və ya tingçilik təsərrüfatlarının yaradılması;
- müasir meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması;
- müasir çörək zavodlarının yaradılması;
- müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması;
- müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;
- üzümçülüyün və şərabçılığın inkişafı;
- müasir istixana komplekslərinin yaradılması;
- südlük və ətlik istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı.

DAĞLIQ ŞIRVAN

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları
Ərazisi: 6,13 min kv. km
Əhalisi: 299,7 min nəfər
İqtisadiyyatının əsas sahələri:
Kənd təsərrüfatı, sənaye, turizm və xalq sənətkarlığı
Təbii ehtiyatları:
Daş, çınqıl, qum, əhəng, gil və tikinti materialları, mineral sular
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı:
551,4 mln. manat
o cümlədən:
- sənaye: 14,1 mln. manat
- kənd təsərrüfatı: 229,1 mln. manat
Dağlıq Şirvan iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı:
28,1 min nəfər
Dağlıq Şirvan iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı:
247,1 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
162 mln. manat
Tikintisi başa çatdırılmış layihələrin sayı:
- 2 taxıl anbarı;
- 1 toxumçuluq təsərrüfatı
Tikintisi davam etdirilən layihələrin sayı:
- 2 soyuducu anbar;
- 1 quşçuluq təsərrüfatı;
- 1 çörək istehsalı müəssisəsi
Prioritet sahələr:
- üzümçülüyün və şərabçılığın inkişafı;
- müasir meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması;
- müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;
- müasir çörək zavodlarının yaradılması;
- müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması;
- iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı.

LƏNKƏRAN

İqtisadi rayona daxil olan inzibati rayonlar: Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları
Ərazisi: 6,07 min kv. km
Əhalisi: 880,4 min nəfər
İqtisadiyyatının əsas sahələri: Aqrar-sənaye kompleksi, turizm
Təbii ehtiyatları:
Mişar daşı, çay daşı, qum, gil, çınqıl, termal mineral sular
Hava və dəniz limanları: Lənkəran Beynəlxalq Hava Limanı, Lənkəran və Astara dəniz limanları
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı: 1283,1 mln. manat
o cümlədən:
- sənaye 66,3 mln. manat
- kənd təsərrüfatı 550,8 mln. manat
Lənkəran iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı: 259,5 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
299,8 mln. manat
Tikintisi başa çatdırılmış layihələrin sayı:
- 1 quşçuluq təsərrüfatı;
- 1 istixana kompleksi;
- 1 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsi;
Tikintisi davam etdirilən layihələrin sayı:
- 2 soyuducu anbar;
- 1 quşçuluq təsərrüfatı;
- 1 intensiv bağçılıq təsərrüfatı;
- 1 turizm müəssisəsi
Prioritet sahələr:
- çayçılığın və sitrus meyvəçiliyinin intensiv inkişafı;
- müasir meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması;
- üzümçülüyün və şərabçılığın inkişafı;
- müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;
- müasir çörək zavodlarının yaradılması;
- müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması;
- iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı.

ABŞERON

İqtisadi rayona daxil olan inzibati rayonlar:
Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları (və Bakı Şəhəri)
Ərazisi: 3,73 min kv. km
Əhalisi: 545,3 min nəfər
İqtisadiyyatının əsas sahələri:
Sənaye və aqrar-sənaye kompleksi, turizm
Təbii ehtiyatları:
Mişar daşı, əhəng daşı, sement xammalı, kvars, tikinti qumu,
balneoloji sərvətlər
Hava və dəniz limanı :
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Zabrat hava limanı, Bakı buxtası, Sumqayıt dəniz limanı
Əsas sosial-iqtisadi göstəriciləri:
Ümumi məhsul istehsalı:
1329,2 mln. manat
o cümlədən:
- sənaye: 506,5 mln. manat
- kənd təsərrüfatı: 85,6 mln. manat
Abşeron iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı (və Bakı şəhəri):
80,8 min nəfər (517.2 min nəfər)
Abşeron iqtisadi rayonu üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı:
336,7 AZN
Əsas kapitala yönəldilmiş investisiyalar:
560,5 mln. manat
o cümlədən orta və böyük həcmli layihələr üzrə:
Tikintisi başa çatdırılmış layihələrin sayı:
- 1 quşçuluq təsərrüfatı;
- 1 istixana kompleksi;
- 1 mebel istehsalı müəssisəsi
Tikintisi davam etdirilən layihələrin sayı:
- 2 soyuducu anbar;
- 6 quşçuluq təsərrüfatı;
- 4 istixana kompleksi;
- 1 süd emalı müəssisəsi;
- 1 ət emalı (kəsim fabriki) müəssisəsi;
- 1 uşaq qidası istehsalı müəssisəsi;
- 1 çörək istehsalı müəssisəsi;
- 1 tara istehsalı müəssisəsi;
- 1 şokalad məhsulları istehsalı müəssisəsi;
- 1 kağız və karton məhsulları istehsalı müəssisəsi;
- 1 bitki yağları istehsalı müəssisəsi;
- 1 tekstil məhsulları istehsalı müəssisəsi
Prioritet sahələr:
- müasir çörək zavodlarının yaradılması;
- müasir istixana komplekslərinin yaradılması;
- müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;
- müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması;
- müasir texnologiyaların tətbiqi ilə digər sənaye məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı

ÜMUMİ MƏLUMAT

Ərazisi: 86,6 min km2
Əhalinin sayı:
9477,1 min nəfər (2014-cü ilin əvvəlinə)
1 km2-ə düşən əhalinin sıxlığı -109 nəfər
İnzibati ərazi vahidlərinin sayı:
Muxtar Respublika -1
Şəhərlər -78,
Şəhər rayonları -14
İqtisadi rayonlar -10,
Qəsəbələr -261,
Rayonlar -66,
Kənd ərazi dairələri -1727
Kənd yaşayış məntəqələri - 4250
Dövlət sərhədləri:
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km,
şimaldan Rusiya ilə 390 km,
şimali-qərbdən Gürcüstan ilə 480 km,
qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.