AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev

Yusif
Abdullayev

AZPROMO-nun prezidenti vəzifələrini icra edən

Yusif İkram oğlu Abdullayev 1983-cü il iyun ayının 5-də Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 2003-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuş və Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili almışdır.

2005-ci ildən əmək fəaliyyətinə  başlamış, sığorta, daha sonra logistika sahəsində çalışmışdır. 2007-cı ildən əmək fəaliyyətini “Azersun Holdinq”də davam etdirmiş və 2015-ci ilədək İxrac Departamentinin Müdürü vəzifəsini icra etmişdir. 2015-ci ilin dekabrından AZPROMO-nun vitse-prezidentidir.

Azərbaycan, rus, ingilis, türk və fransız dillərini bilir və sərbəst ünsiyyət qurur.

1 övladı var.

Nəcmin
Həsənli

Prezident müşaviri

Nəcmin Müşviq oğlu Həsənli 1992-ci ildə avqust ayının 28-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
2014-cü ildə İqtisad Universitetinin maliyyə ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.
2018-ci ildən AZPROMO prezidentinin müşaviri vəzifəsində çalışır.
Azərbaycan, rus, ingilis, alman dillərini bilir və sərbəst ünsiyyət qurur.
Ailədir, 1 övladı var.

İnteraktiv Xəritə