AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu

İctimai-özəl təşəbbüs kimi 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə fəaliyyət göstərir.

Biz Azərbaycanın investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərir və dəstək veririk. Bizim qurum, eyni zamanda, xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlərin də sadiq tərəfdaşıdır. Geniş xarici nümayəndəliklər və tərəfdaşlar şəbəkəsi ilə yanaşı, xarici bazarlar və tətbiq olunan ticarət tənzimləmələri haqqında məlumatlılığımız yerli şirkətlərə ixrac qabiliyyətliliklərini artırmaq üçün əlverişli imkanlar təklif edir.

Geniş beynəlxalq şəbəkə sisteminə sahib olan AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının üzvüdür və hal-hazırda assosiasiyanın vitse-prezidentlik statusuna malikdir. Gürcüstan, Avstriya və Çində yerləşən və Bakıdakı mərkəzimiz vasitəsilə koordinasiya olunan beynəlxalq nümayəndəliklərimiz müştərilərinə yerində və qısa zaman çərçivəsində xidmət göstərir. Həmçinin AZPROMO bir çox investisiya təşviqi agentlikləri, ticarət və sənaye palataları və digər müvafiq institutlar ilə sıx əlaqələr formalaşdırmışdır. Dünyanın 37 ölkəsindən 80-dən çox təşkilat ilə əməkdaşlıq və tərəfdaşlıq memorandumlarımız qüvvədədir.

Azpromo

Qısaca, biz sizi dinamik təşkilatımız ilə birgə Azərbaycanın biznes imkanlarını araşdırmağa çağırırıq!

Azpromo

Loqomuz Azərbaycanın mili brendi kimi simvolizə edilən və meyvələrin şahı hesab olunan narı canlandırır. Padşahların baş geyimlərinin dizayn edilməsi üçün əsas götürüldüyü iddia edilən nar haqqında ilkin məlumatlar olduqca qədim dövrlərə təsadüf edir. Qədim Yunan miflərinə görə, nar əsasən bərəkət, geniş ürəklilik, ölümsüzlük, nigah simvolu kimi şərh olunur. Bənzər olaraq, qədim Hind və Çin mədəniyyətlərinə əsasən nar məhsuldarlıq nişanəsidir. Buna əsasən demək olar ki, nar bugünkü günümüzdə Azərbaycanda müşahidə olunan Qərb və Şərq mədəniyyətlərinin sintezini simvolizə edir.

Azərbaycan yeganə ölkədir ki narın bütün növləri yetişdirilir. Azərbaycanlılar arasında Göyçay şəhəri nar paytaxtı olaraq tanınır. Hər il bu möcüzəvi meyvəni və onun “təbiətin qiymətsiz sağlamlıq içkisi” hesab olunan təbii şirəsini dünyaya tanıtmaq üçün şəhərdə “Nar Festivalı” təşkil olunur. Genişhəcmli qlobal istehlakçı tələbatı ilə kənd təsərrüfatı məhsulları arasında geniş ixrac potensialı olan bu meyvə ABŞ, Kanada, Almaniya, Yeni Zellandiya, Yaponiya, Rusiya və Gürcüstan kimi ölkələrə ixrac olunur.

İnteraktiv Xəritə