AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev

Rüfət
Məmmədov

Prezident

Rüfət Tofiq oğlu Məmmədov 1981-ci il 11 noyabr tarixində Bakı şəhərində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili almışdır. Dresden Texniki Universitetinin Avropa İnteqrasiya Hüququ üzrə 2002-2003-cü illər magistr dərəcəsinə sahibdir.

Əmək fəaliyyətinə 2002-ci ildə başlamış, yerli və xarici şirkətlərdə hüquq sferasında çalışmışdır. 2004-2007-ci illərdə "Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin həyata keçirilməsinə dəstək layihəsində hüquq məsləhətçisi kimi işlədikdən sonra, 2007-ci ildən Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun icraçı direktoru vəzifəsinə təyin olunmuşdur. 2010-2011-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) vitse-prezident, 2011-2012-ci illərdə özəl sektorda konsultant olaraq çalışmışdır. 2012-ci ildən AZPROMO-nun prezidenti vəzifəsini icra edir. Rüfət Məmmədov, həmçinin, WAIPA-nın vitse-prezidentidir.

Azərbaycan, rus, ingilis, alman dillərini bilir və sərbəst ünsiyyət qurur.

Ailəlidir: 2 övladı var.

Yusif
Abdullayev

Vitse-prezident

Yusif İkram oğlu Abdullayev 1983-cü il iyun ayının 5-də Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 2003-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuş və Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili almışdır.

2005-ci ildən əmək fəaliyyətinə  başlamış, sığorta, daha sonra logistika sahəsində çalışmışdır. 2007-cı ildən əmək fəaliyyətini “Azersun Holdinq”də davam etdirmiş və 2015-ci ilədək İxrac Departamentinin Müdürü vəzifəsini icra etmişdir. 2015-ci ilin dekabrından AZPROMO-nun vitse-prezidentidir.

Azərbaycan, rus, ingilis, türk və fransız dillərini bilir və sərbəst ünsiyyət qurur.

1 övladı var.

Murad
Abdullayev

Vitse-prezident

Murad Nizami oğlu Abdullayev 1987-ci il 14 may tarixində Bakı şəhərində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Mühəndis iqtisadiyyatı və menecment ixtisası üzrə bakalavr təhsili almışdır. Eyni adlı akademiyanın strateji menecment ixtisası üzrə 2008-2010-cu illər və London İqtisadi və Siyasi Elmlər Məktəbinin (LSE) dövlət idarəçiliyi ixtisası üzrə 2013-2014-cü illər magistr dərəcəsinə sahibdir.

Maliyyə sahəsində geniş təcrübəyə malik olan Murad Abdullayev dövlət və özəl sektorda fəaliyyət göstərmişdir. 2008-2012-ci illərdə İqtisadiyyat Nazirliyində Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq şöbəsində Dünya Bankı ilə əməkdaşlığa yönələn layihələr üzrə çalışdıqdan sonra “Azərbaycan İnvestisiya Şirkəti”ndə müxtəlif vəzifələri icra etmişdir. 2016-2017-ci illər ərzində İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin iyulundan AZPROMO-nun vitse-prezidenti təyin olunmuşdur.

Azərbaycan, rus, ingilis dillərini bilir və sərbəst ünsiyyət qurur.

Ailəlidir: 2 övladı var.

İnteraktiv Xəritə