AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Kitabxana

İngilis dilində nəşr olunan bu kitab Azərbaycana investisiya yatırmaqda maraqlı olan xarici investorlar üçün nəzərdə tutulub. “Doing Business in Azerbaijan” ölkənin biznes və investisiya mühiti, makroiqtisadi göstəriciləri, strateji mövqeyi və üstünlükləri, potensial qeyri-neft sektorları, sənaye, aqro və yüksək texnologiyalar parkları haqqında ətraflı məlumatları əhatə edir.

İngilis dilində nəşr olunan bu kataloq prioritet qeyri-neft sahələri üzrə investisiya tələb edən aktual layihələri özündə cəmləşdirir. Bu layihələrin mütəmadi olaraq araşdırılması və toplanması müvafiq dövlət qurumları və özəl şirkətlərlə əməkdaşlıq şəklində həyata keçirilir.

"İnvestisiya Layihələrinin Kataloqu"

İngilis dilində çap olunan bu broşüra kənd təsərrüfatı və qida sənayesi üzrə Azərbaycanda inkişaf etmiş istiqamətlər, mövcud olan biznes mühiti, investisiya imkanları, istehsal və ixrac olunan kənd təsərrüfatı və qida məhsulları haqqında məlumatları özündə əks etdirir.

"Azərbaycan: Kənd təsərrüfatı və ərzaq emalı"

İngilis dilində çap olunan bu broşüra Azərbaycanda inkişaf etmiş turizm istiqamətləri, biznes və investisiya mühiti, sektoral imkanlar, Azərbaycanın turistik məkanları haqqında məlumatlardan ibarət olub, bu sahənin yüksək potensialını işıqlandırmaq məqsədilə nəşr olunur.

"Azərbaycan: Turizm və Mehmanxana biznesi"

İngilis dilində nəşr olunan bu broşürada Azərbaycanda inkişaf edən sənaye sahələri, bu sahələr üzrə biznes mühiti və investisiya imkanları, istehsal və ixrac olunan sənaye məhsulları, sənaye və yüksək texnologiyalar parkları haqqında məlumatlar dərc olunur.

"Azərbaycan: Sənaye"

"Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu Korporativ Broşura"

İnteraktiv Xəritə