AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
WAIPA

1995-ci ildə yaradılmış İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası ünsiyyət qurmaq və təcrübə mübadiləsi etmək istiqamətində dünyada fəaliyyət göstərən investisiya təşviqi agentliklərini vahid platformada bir araya toplayır.

Bu məqsədlə, Assosiasiya insan resurslarının inkişafından tutmuş, geniş miqyaslı kommunikasiya tədbirlərinin təşkilinə qədər mütəşəkkil fəaliyyət göstərir.

Hal-hazırda, Assosiasiyanın 130 ölkədən 170 üzvü vardır ki, bu da beynəlxalq səviyyədə investisiya təşviqi sferasında qurumun rolunun danılmazlığını sübut edir.

Qürurvericidir ki, investisiya təşviqi agentliyi kimi qurumun üzvü olmaqla yanaşı, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının vitse-prezidenti vəzifəsini icra edir.

İnteraktiv Xəritə