AZ EN RU
A country with strong economy is capable of everything
H. Aliyev

“Məlum olduğu kimi, yarandığı gündən bəri AZPROMO-nun fəaliyyət istiqamətləri xarakter etibarilə dəyişməz olaraq qalır. Biz, xarici şirkətlərə investisiya prosesində ideyalardan tutmuş, layihələrin həyata keçirilməsinə qədər dəstək göstərməklə yanaşı, təşviq tədbirləri və hədəf mexanizmlərimiz vasitəsilə yeni investorları prioritet sahələrə cəlb etməklə məşğuluq. Digər tərəfdən, fondumuz xarici bazarlara çıxmaq istəyən və ixrac həcmini yeni bazarlar hesabına artırmaq istəyən yerli istehsalçılara xüsusi diqqət göstərir və ixracat prosesində yaranan problemlərin aradan qaldırılması üçün körpü rolunu oynayır.

Şübhəsiz ki, fəaliyyətimiz çərçivəsində uğurlu addımlar atmağımızda ölkə başçısının qeyri-neft sektorlarının ölkə iqtisadiyyatında üstün payının qorunub saxlanması üçün qəbul etdiyi qərarların, imzaladığı fərmanların rolu əvəzsizdir. İnvestisiya cəlbinin asanlaşdırılması, ölkəmizdə fəaliyyət göstərən investorların rahatlılığının təmin olunması üçün müxtəlif sahələrdəki çətinliklərin aradan qaldırılması və yerli istehsala əsaslanan məhsulların ixrac potensialının güclənməsi məqsədilə həyata keçirilən “islahatlar silsiləsi” investisiya maqnitudasını artırmaqla yanaşı, ixracat prosesini daha da canlandırır. İslahat yönümlü bu siyasi kurs isə nüfuzlu beynəlxalq qurumlar tərəfindən hazırlanan hesabatlarda ölkəmizin ön sıralarda qərarlaşmasına gətirib çıxarır. Belə ki, Dünya Bankı tərəfindən hazırlanaraq hər il dərc olunan “Doing Business” hesabatında 2015-ci il ərzində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirilməsi üzrə 2016-cı il üçün mövqeyini 17 pillə yaxşılaşdıraraq 63-cü mövqeyə yüksəlmişdir.

Odur ki, əlverişli biznes mühitini hərtərəfli təmin edən dövlət dəstəyi fonunda AZPROMO olaraq sizlərə xidmət göstərməkdən hər zaman məmnunluq duyuruq.”

Rüfət Məmmədov

AZPROMO-nun missiyası göstərdiyi məqsədyönlü xidmətlər vasitəsilə müraciət edən iş adamlarının məmnunluğunu təmin etmək və bütövlükdə, xarici birbaşa investisiyaların ölkəyə axınına və ixracata məhsuldar töhvə verməkdir.

Bizim məqsədyönlü xidmətlərimiz aşağıdakıları əhatə edir:

Ölkə Təbliği
BIZNES TƏDBIRLƏRININ TƏŞKILI
TƏQDIMATLAR
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
BEYNƏLXALQ KİV-DƏ TƏMSIL OLUNMA
Investisiyaların təşviqi
    • Məlumat Təminatı

      Biznes və investisiya mühiti; strateji üstünlüklər; islahatlar; “ideal mərkəz”; infrastruktur; lisenziyalar; vergi; sənaye parkları; güzəştlər; investisiya təşviqi sənədi; iqtisadi sektorlar; investisiya layihələri və s.

    • Investisiya Qeydiyyatı

      Əlaqələndirmə və şəbəkələşmə; dövlət və özəl sektorlar arasında vasitəçilik; qeydiyyat sonrası xidmətlər və s.

Ixracın Təşviqi
    • Məlumat və marketinq dəstəyi

      Bazar araşdırması və analiz; milli və beynəlxalq gömrük rüsumları; logistika və nəqliyyat; insan resurslarının inkişafı; sertifikatlar; beynəlxalq standartlar; hüquqi tələblər; markalama və qablaşdırma; beynəlxalq ticarət qaydaları (INCOTERMS) və s.

    • Təşkilati dəstək

      Təlimlər və seminarlar; ixrac missiyaları; ölkədaxili və xarici sərgilər; məhsulların təşviqi; beynəlxalq potensial alıcıların və distribyutorların tapılması və s.

Interactive Map