AZ EN RU
A country with strong economy is capable of everything
H. Aliyev

İngilis dilində nəşr olunan bu kitab Azərbaycana investisiya yatırmaqda maraqlı olan xarici investorlar üçün nəzərdə tutulub. “Doing Business in Azerbaijan” ölkənin biznes və investisiya mühiti, makroiqtisadi göstəriciləri, strateji mövqeyi və üstünlükləri, potensial qeyri-neft sektorları, sənaye, aqro və yüksək texnologiyalar parkları haqqında ətraflı məlumatları əhatə edir.

“Doing Business in Azerbaijan”

İngilis dilində nəşr olunan bu kataloq prioritet qeyri-neft sahələri üzrə investisiya tələb edən aktual layihələri özündə cəmləşdirir. Bu layihələrin mütəmadi olaraq araşdırılması və toplanması müvafiq dövlət qurumları və özəl şirkətlərlə əməkdaşlıq şəklində həyata keçirilir.

“Catalogue of Investment Projects”

İngilis dilində çap olunan bu broşüra kənd təsərrüfatı və qida sənayesi üzrə Azərbaycanda inkişaf etmiş istiqamətlər, mövcud olan biznes mühiti, investisiya imkanları, istehsal və ixrac olunan kənd təsərrüfatı və qida məhsulları haqqında məlumatları özündə əks etdirir.

“Azerbaijan: Agriculture and Food Processing”

İngilis dilində çap olunan bu broşüra Azərbaycanda inkişaf etmiş turizm istiqamətləri, biznes və investisiya mühiti, sektoral imkanlar, Azərbaycanın turistik məkanları haqqında məlumatlardan ibarət olub, bu sahənin yüksək potensialını işıqlandırmaq məqsədilə nəşr olunur.

“Azerbaijan: Tourism and Hospitality”

İngilis dilində nəşr olunan bu broşürada Azərbaycanda inkişaf edən sənaye sahələri, bu sahələr üzrə biznes mühiti və investisiya imkanları, istehsal və ixrac olunan sənaye məhsulları, sənaye və yüksək texnologiyalar parkları haqqında məlumatlar dərc olunur.

“Azerbaijan: Industry”

İngilis dilində hazırlanan bu korporativ broşür AZPROMO və təşkilatın fəaliyyət istiqamətlərini əhatə edir və oxucunun investisiya, ixrac sahəsində göstərilən xidmətlər barədə lakonik, eyni zamanda hərtərəfli məlumatlandırılması məqsədi daşıyır.

 

“Doing Business in Azerbaijan”

İngilis dilində hazırlanan bu kitab Azərbaycana investisiya yatırmaqda maraqlı olan investorlar üçün hüquqi baza rolunu oynayır və investisiya yatırımı üçün zəruri olan hüquqi məsələlər barədə məlumatları əhatə edir. Oxucu bu kitab vasitəsilə Azərbaycamda xarici birbaşa investisiya rejimi, lisenziyalaşdırma, torpaq və əmlak mülkiyyəti, xarici ticarət tənzimlənməsi, icarə, vergilər, əqli mülkiyyət və digər məsələlərlə bağlı ətraflı məlumat ala bilər.

“Legal Framework for Doing Business in Azerbaijan”

Interactive Map