AZ EN RU
A country with strong economy is capable of everything
H. Aliyev
Announcements

İxraca dair beynəlxalq sertifikatın alınmasına dəstək göstərilməsi məqsədi ilə ixracatçılardan sifarişlərin qəbulu üzrə müsabiqə elanı


 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ixracla əlaqəli beynəlxalq sertifikatın alınmasına dəstək göstərilməsi üçün ixracatçılardan müraciətlərin qəbulunu elan edir.

Alınmasına dəstək verilən beynəlxalq sertifikatların Siyahısı.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2018-ci il tarixli, 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 15 may 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının məhsul üzrə istehsal potensialı - 10 bal;
  • istehsalçının hədəf ölkəyə ixrac potensialı - 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsi - 5 bal;

Meyarlar üzrə minimum keçid balı - 20 bal.

Müsabiqədə iştirak üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı, ixrac təcrübəsinin olmasına dair məlumatlar;
  • son bir illik dövriyyə və vergi borcu barədə vergi orqanından arayış;  
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər 30 aprel 2020-ci il tarixinədək aşağıdakı ünvana təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO - İnzibati İşlər Departamentinin ümumi işlər meneceri

Tel: +99412 598-01-47/48 (daxili 120)

E-mail: samira.mammadova@azpromo.az

 

Aybəniz Məmişova

AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri

Tel: +99412 598-01-47/48 (daxili 124)

E-mail: aybeniz.memishova@azpromo.az

Interactive Map