AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev

Azərbaycan Arıçılar Assosiasiyası

2015-ci ilin oktyabr-noyabr aylarında bütün arıçıları və bu sahənin təşkilatlarını bir arada birləşdirmək məqsədilə arıçılar tərəfindən niyyət protokolu imzalandı. 2016-cı ilin 20 fevral tarixində keçirilmiş təsis yığıncağında Bədrəddin Həsrətov, Sabir Mustafayev və Şahin Cəfərov tərəfindən “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi (AAA) yaradıldı və

Assosiasiyanın nizamnaməsi təsdiq edildi. 2016-cı il 28 fevral tarixində Assosiasiyanın birinci ümumi yığıncağı keçirildi və bu yığıncaqda genişləndirilmiş İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası yaradıldı.

İdarə Heyətinin sədri: Bədrəddin Həsrətov
İdarə Heyətinin sədr müavini: Sabir Mustafayev
Nəzarət-Təftiş Komissiyasının sədri: Şahin Cəfərov

AAA-nın Respublika üzrə arıçılar yaşadığı rayonlarda 29 şöbəsi yaradılmışdır. Daha 23 rayonda şöbələrin yaradılması gündəlikdədir. Ümumilikdə, AAA Respublikanın 52 rayonunda 2000-dən çox arıçı və arıçılıq sahəsində çalışan sahibkarı özündə birləşdirir.

Assosiasiyanın yaranmasında məqsəd ölkədə arıçılığın inkişaf etdirilməsinə, arıçıların problemlərinin həllinə, arıçılığın ölkə iqtisadiyyatında layiqli yer tutmasına, Azərbaycan arıçılığının dünya səviyyəsinə qaldırılmasına, arıçılıq sahəsində ümumi konsepsiyanın hazırlanmasına və arıçılıqla bağlı digər məsələlərin reallaşdırılmasına xidmət etməkdir.

Assosiasiyaya hüquqi və 18 yaşına çatmış fiziki şəxslər üzv ola bilər. Bu hüquqi və fiziki şəxslər arıçılıqla bağlı olmalı, arıçılıq sahəsinə və arıçılığın inkişafına xidmət göstərməlidirlər.

Tel.: +99450 3690859
    +99455 3690859
    +99470 3690859
E-poçt: office@baa.az
Internet səhifə: http://baa.az


Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası

“Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi (AHPEA) 31 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 4 fevral 2017-ci il tarixində Assosiasiyanın ilk iclası keçirilmişdir.

Sədr: İsmayıl Orucov

AHPEA-nın əsas məqsədi fındıqçılığın inkişafına yardım etməkdən ibarətdir. Bu məqsədlə, Assosiasiya fındıqçılıq

təsərrüfatında istehsal mədəniyyətinin və səmərəliliyin artırılmasına, fındıq istehsalı və emalı sahəsində yeni texnologiyaların tətbiqinə, təbii resursların səmərəli istifadəsinə dəstək verir, fındıqçılıqla bağlı maarifləndirmə işi aparır.

Hal-hazırda Assosiasiyanın 52 üzvü var.

Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) Assosiasiyanın üzvü ola bilər. Üzv olmaq istəyən şəxslər Assosiasiyaya rəsmi qaydada yazılı müraciət etməlidirlər.

Tel.: +99450 2731891
E-poçt: info@afiia.az


Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası

“Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” (AMTA) İctimai Birliyi 16 sentyabr 2016-cı il tarixində təsis edilmişdir.

Sədr: Bəşir Quliyev
Sədr müavinləri: Mehman Quliyev, Jalə Əmirbəyova, Tahir Hüseynov

AMTA ölkədə meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, ümumi meyvə-tərəvəz istehsalını artırmaq, ölkənin ixrac imkanlarını genişləndirmək məqsədi ilə təsis edilmişdir.

Hazırda Assosiasiyanın 60 üzvü var.

AMTA-ya üzv olmaq üçün müvafiq ərizə ilə Assosiasiyaya rəsmi müraciət edilir, qeydiyyat forması doldurulur. Ərizə assosiasiya heyəti tərəfindən qəbul edildikdən sonra illik üzvlük haqqı ödənilir.

Tel.: +99412 4998545
E-poçt: info@afiia.az


Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Dicta accusantium officia, laborum, cum quod, maxime reiciendis sequi autem, eveniet cumque eos natus. Praesentium quis sunt eos ratione ad, iste tenetur.

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Dicta accusantium officia, laborum, cum quod, maxime reiciendis sequi autem, eveniet cumque eos natus. Praesentium quis sunt eos ratione ad, iste tenetur. Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Sed aliquid voluptates aperiam, nemo aut similique! Dolorum aut, voluptas porro eum ex sed alias ratione, aperiam excepturi magni omnis ea ad?

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Dicta accusantium officia, laborum, cum quod, maxime reiciendis sequi autem, eveniet cumque eos natus. Praesentium quis sunt eos ratione ad, iste tenetur.


Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası

“Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi (AŞİİA) 31 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assosiasiyanın ilk iclası 6 aprel 2017-ci il tarixində Azərbaycan ərazisində etil (yeyinti) spirtləri və alkoqollu içkilər (şərab, konyak (brendi), araq (vodka), likör, tünd içkilər, konyak spirti və s.) istehsalı və ixracı üzrə fəaliyyət göstərən müəssisə rəhbərlərinin iştirakı ilə keçirilmişdir.

Sədr: Elçin Mədətov
İcraçı direktor: İdayətov İlham

AŞİİA beynəlxalq təcrübədən yararlanmaqla mütəmadi olaraq istehsalçı və ixracatçıların qarşılaşdığı problemlərin həlli istiqamətində aidiyyəti orqan və təşkilatlarla geniş müzəkirələr aparmaq, texniki, texnoloji və marketinq sahəsində mövcud olan problemlərin aradan qaldırılmasnda lazımi tədbirlər görmək, yerli məhsulları beynəlxalq səviyyədə layiqincə təmsil etmək istiqamətində fəaliyyət göstərir.

Azərbaycanda sözügedən sahə üzrə fəaliyyət göstərən hər bir hüquqi və ya fiziki şəxs (üzümçü fermer, şərab istehsalçıları) müvafiq sənədləri təqdim etdikdən sonra Assosiasiyaya üzv ola bilər.

İlham İdayətov – İcraçı Direktor
Tel.: +99412 3478201
     +99412 3478202
     +99470 3690859
Mob.: +99450 3453063
      +99450 2507011
Faks: +99412 3478203
E-poçt: ilham_idayatov@mail.ru

İnteraktiv Xəritə