AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev

Yerli Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı sahibkarlara ixrac təşviqinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin ‘Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında’ 1 mart 2016-cı il Fərmanında öz əksini tapmışdır.

Bu Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 6 oktyabr 2016-cı il tarixli 401 nömrəli Qərarı ilə ‘Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası’nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ı təsdiq etmişdir. Nazirlər kabinetinin sözügedən Qərarı ilə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

Belə ki, ixrac etdiyi məhsulu qeyd olunan siyahıda əks olunan ixracatçılar ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-ni baza məbləği olaraq dövlət vəsaiti hesabına geri almaq hüququna sahibdirlər.

Məqsədyönlü xidmətlərimiz

    • Ərizə
    • İxrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti;
    • Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti;
    • Qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri;
    • Xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti;
    • İxrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği);
    • Qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti;

Sənədlərin bu ünvan üzrə təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Təqdim olunmuş sənədlərə 10 iş günü müddətində baxılır və imtina üçün heç bir əsas olmadığı halda ixrac təşviqinin sahibkara ödənilməsini təsdiq edən ‘Məktub-Sərəncam’ hazırlanır. Bu sənəd əsasında 3 iş günü müddətində vəsait ixracatçıya geri ödənilir.

İnteraktiv Xəritə