AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev

AZPROMO ixrac sahəsində aşağıdakı xidmətləri göstərir:

İnformasiya dəstəyi
  • İxracyönümlü istehsal və ixrac prosesinin bütün mərhələlərində nəzəri məlumatlandırma
  • Sahibkarların müxtəlif xarici bazarlara ixrac imkanlarının dəyərləndirilməsi
  • İxraca dair beynəlxalq standartlar və tələblər
  • Sertifikatlaşdırma, ixrac zamanı tələb olunan sertifikatlar
  • Müxtəlif xarici ölkələrin idxal prosedurları və tələbləri
  • Müxtəlif xarici ölkələrdə gömrük tənzimlənməsi, qaydaları və gömrük tarifləri
  • Logistika və daşınma üzrə istiqamətlər
  • İxraca dair yerli və beynəlxalq tədbirlər barədə məlumatlandırma
Hüquqi dəstək
  • İxrac məsələləri üzrə yerli və beynəlxalq sənədləşmə: ümumi prosedurlar, tələb olunan sənədlər, qaydalar və şərtlər
  • INCOTERMS
  • Yerli şirkətlərə xarici nümayəndəliklər və bölmələrin açılmasında dəstək
Təşkilati dəstək
  • “İxracatçılar Klubu”nun funksional fəaliyyətinin təmin edilməsi
  • “Made in Azerbaijan” ixrac mexanizmlərinin reallaşdırılması
  • Sahibkarlara “ixrac təşviqi”nin geri ödənilməsi
  • Şirkətdaxili ixrac şöbələrinin yaradılmasına dəstək
  • İxracla bağlı sahəvi assosiasiyaların, müxtəlif ictimai birliklərin yaradılması
  • İxracyönümlü istehsal və ixrac prosesləri ilə bağlı təlimlərin keçirilməsi
  • Beynəlxalq sərgi və yarmarkalarda iştiraka dəstək
  • Sahibkarlararası əlaqələrin qurulması və inkişafı məqsədilə müxtəlif biznes tədbirlərinin təşkili
Marketinq dəstəyi
  • Marketinq araşdırması və ixrac strategiyalarının qiymətləndirilməsi
  • İxracyönümlü məhsul və xidmətlərin müəyyənləşdirilməsi
  • Bazar araşdırmaları və məhsullara uyğun xarici bazarların aşkarlanması
  • Xarici potensial müştəri və tərəfdaşların tapılması, əlaqələrin qurulmasına dəstək
  • İxrac məlumat bazası – İxrac Portalının idarə edilməsi
  • Şirkətlərin təqdimatı
İnteraktiv Xəritə