AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev

1. AZPROMO ilə əlaqə saxla

  • - biz sizi investisiya qərarı verməniz üçün zəruri məlumatla təmin edəcəyik;
  • - biznesin qurulması və genişlənməsinin hər mərhələsində sizə TƏMƏNNASIZ bələdçilik edəcəyik;

2. Azərbaycana səyahət et

  • - AZPROMO-nun təşkil etdiyi “ərizələrə ziyarət” turları vasitəsilə ölkənin biznes mühitini əyani olaraq kəşf et;
  • - potensial biznes tərəfdaşları ilə əlaqə yarat;
  • - dövlət orqanları ilə əməkdaşlıq et;

3. Biznes yerini seç

  • - sənaye/yüksək texnologiyalar parkları və digər mümkün biznes əraziləri arasında qərar ver və cəlbedici güzəştlər paketindən yararlan;

4. Şirkətini qeydiyyatdan keçir

  • - hüquqi formanı müəyyənləşdir və şirkətini 2 iş günü ərzində qeydiyyatdan keçir;

5. Vacib lisenziya və icazələri əldə et

  • - bəzi biznes fəaliyyətləri üçün asan və sadə yolla maksimum 10 iş gününə lisenziya və icazələrə sahib ol;

6. Güzəşt və səlahiyyətlərdən yararlanmaq üçün müraciət et

  • - sənaye/yüksək texnologiyalar parklarında rezident ol;
  • - İnvestisiya Təşviq Sənədini əldə et və üstünlüklərdən yararlan;

7. Biznesə başla

Bütün mərhələlərdə AZPROMO-nun dəstəyindən əmin olun!!! Biz sizə yerli təchizatçılar və tərəfdaşlar tapmaqda həmişə hazırıq.

Sizin və sizin biznesinizin qayğısına qalmaqdan hər zaman çox məmnunuq!

İnteraktiv Xəritə