2011-ci ildə yaradılmışdır
İdarəedici təşkilat: “Sumqayıt Kimya Sənaye Parkı” MMC.
Ərazisi: 466,37 ha.

Parkın yaradılmasında məqsəd sənaye istehsalının, xüsusilə kimya sənayesinin inkişafına müsbət təsir göstərməkdir.
Bu sənaye parkı neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin fəaliyyəti üçün nəzərdə tutulub.

İstehsal sahələri:
Aqro-kimya, Tibb kimyası, Məişət kimyası, Tikinti sənayesi kimyası, Elektronika və avtomobil sənayesi kimyası, Polimerlər və sənaye avadanlıqları
Parkda ‘işə sal və istehsal et’ prinsipi əsasında rezidentlərin və digər istehlakçıların tam fəaliyyəti üçün hər cür infrastruktur və şərait təmin edilir:
- Enerji təchizatı;
- Qaz paylayıcı şəbəkə;
- Su təchizatı;
- Kanalizasiya və drenaj xətləri;
- Magistral və daxili avtomobil yolları;
- Dəmir yolu xətti;
- Sosial zona (inzibati bina, sərgi-konfrans kompleksi, peşə təhsil mərkəzi, laboratoriya binası, emalatxanalar, uşaq baxım mərkəzi, idman meydançaları, ğlamlıq mərkəzi, yataqxana kompleksi və digər obyektlər)

Rezidentlər 10 il müddətinə azaddırlar:
- Əmlak vergisindən
- Torpaq vergisindən
- Korporativ gəlir vergisindən
- İdxal olunan avadanlıqlara görə ƏDV-dən
- İdxal olunan avadanlıqlara görə gömrük rüsumundan

Mövcud rezidentlər:
“Azertexnolayn”, MMC “SOCAR Polymer”, MMC “Azer Float”, QSC, “Azerbaijan Fibro Cement” MMC, “Baku Non Ferrous and Foundry Company” MMC, “Silisium və Kalsium İstehsalat Müəssisəsi” MMC,“MST Engineering Services” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco Lubricant Company” MMC, “STDC” MM.
Əlaqə üçün:
“Sumqayıt Kimya Sənaye Parkı” MMC
“Demirchi Tower”, 20-ci mərtəbə, Xocalı pr.37, AZ1025, Bakı, Azərbaycan.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC
Kimyaçılar küç.1, AZ5002, Sumqayıt, Azərbaycan.
- Tel.: +99412 4888065
- Faks: +99412 4888064
- E-poçt: office@scip.az
- İnternet səhifə: www.scip.az