AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

Səudiyyə Ərəbistanına təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan olunur!


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad və Ciddə şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 6-8 dekabr 2017-ci il

İxrac missiyasının əhatə etdiyi sahələr:

  • Meyvə-tərəvəz;
  • Çay;
  • Meyvə şirələri;
  • Qurudulmuş meyvə;
  • Mürəbbə;
  • Təbii mineral sular;
  • Süd və süd məhsulları;
  • Ət və ət məhsulları;
  • Bal;

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 20 noyabr 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə;
  • sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 9 noyabr 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az

E-mail: destek@azpromo.az

İnteraktiv Xəritə