AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

Türkiyənin İstanbul şəhərində təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan olunur!


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Türkiyənin İstanbul şəhərinə ixrac missiyası elan edir. Missiyaya Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlərin müraciətləri qəbul olunur.
Tarix: 16 - 20 oktyabr 2018-ci il

İxrac missiyasının əhatə etdiyi sahələr:

  • Qida
  • İnşaat və tikinti materialları
  • Mebel
  • Turizm
  • Yüngül sənaye
  • Kimya sənayesi

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 8 oktyabr 2018-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı - 20 (iyirmi) bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə;
  • sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 25 sentyabr 2018-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az
E-mail: destek@azpromo.az

İnteraktiv Xəritə