AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

Birləşmiş ərəb Əmirliklərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan olunur!


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Abu-Dabi şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 3-5 dekabr 2017-ci il

İxrac missiyasının əhatə etdiyi sahələr:

  • Meyvə-tərəvəz;
  • Çay;
  • Meyvə şirələri;
  • Qurudulmuş meyvə;
  • Mürəbbə;
  • Təbii mineral sular;
  • Süd və süd məhsulları;
  • Ət və ət məhsulları;
  • Bal;

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 20 noyabr 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə;
  • sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 9 noyabr 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az

E-mail: destek@azpromo.az

İnteraktiv Xəritə