20-25 oktyabr tarixlərində təşkil olunacaq alıcı missiyasında iştirak üçün sənəd qəbulu elan olunur!
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 20-25 oktyabr tarixlərində təşkil olunacaq alıcı missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Tarix: 20-25 oktyabr 2019-cu il.
İxracatçıların maksimum sayı: 15.
Alıcı missiyasında iştiraka imtinanın son tarixi: 10 oktyabr 2019-cu il.
Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:
- Şərab və spirtli içki istehsalı.
Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:
- Rusiya Federasiyası;
Alıcı missiyasında iştirak edəcək alıcıların sayı: 8.
Alıcı missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 17 oktyabr 2019-cu il tarixində AZPROMO-da təşkil olunacaq.
Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
dəstək tədbirində iştirakla bağlı Şərtlər
sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
Sənədlər aşağıdakı ünvan üzrə 02 oktyabr 2019-cu il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Tural Hacılı
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 160)
E-mail: tural.hajili@azpromo.az
Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az