AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

İxracatçıların nəzərinə!


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 22-25 sentyabr 2020-ci il tarixlərində keçiriləcək "Worldfood 2020" beynəlxalq ərzaq və içki sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.


Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 30 şirkət.
 

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

 

Sərginin əhatə etdiyi sahələr: Qida sənayesi, spirtli içkilər.


Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).


Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 14 avqust 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:


Ərizə;


dəstək tədbirində iştirakla bağlı Şərtlər;
sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;        

bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Sənədlər aşağıdakı ünvan üzrə 1 avqust 2020-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 120)
E-mail: samira.mammadova@azpromo.az

E-mail: destek@azpromo.az

Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az

E-mail: destek@azpromo.az

İnteraktiv Xəritə