AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

16-21 may tarixlərində təşkil olunacaq alıcı missiyasında iştirak üçün sənəd qəbulu elan olunur!


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi alıcı missiyasında iştirak etmək üçün alıcılardan müraciətlərin qəbulunu elan edir.

 

Alıcı missiyasının təşkil ediləcəyi tarix: 16-21 may 2020-ci il

Alıcıların maksimum sayı: 10

Alıcı missiyasında iştirakdan imtinanın son tarixi: 19 mart 2020-ci il

Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:

  • Qida sənayesi;
  • Şərab və spirtli içki istehsalı.

 

Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:

  • Almaniya Federativ Respublikası;
  • Polşa Respublikası;
  • Xorvatiya Respublikası.
  • Avstriya Respublikası.
  • Macarıstan Respublikası.

 

Alıcı missiyasında iştirak edənlərin Azərbaycana səfəri ilə bağlı mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunacaq.

Alıcı missiyasında iştirak edəcək alıcılar müsabiqə əsasında seçiləcəkdir.

 

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Alıcı missiyasında iştirak edəcək xarici şəxslərin müəyyən edilməsi Meyarları” əsasında 13 mart 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

 

Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə
  • Alıcı missiyasında iştirakla bağlı Şərtlər
  • Alıcını alıcı missiyasında təmsil edəcək şəxsin xarici pasportunun surəti
  • Alıcı və onun alıcılıq potensialı barədə məlumat.

Sənədlər aşağıdakı ünvan üzrə 28 fevral 2020-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO - İnzibati İşlər Departamentinin ümumi işlər meneceri
Tel: +99412 598-01-47/48 (daxili 120)
E-mail: samira.mammadova@azpromo.az

 

Elçin Kazımov
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 598-01-47/48 (daxili 143)
E-mail: elchin.kazimov@azpromo.az

 

Aybəniz Məmişova

AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 598-01-47/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az

 

 

İnteraktiv Xəritə