AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

İxracatçıların nəzərinə!


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasının Berlin şəhərində 2019-cu ilin 6-8 fevral tarixlərində keçiriləcək "Fruit Logistica 2019" meyvə və tərəvəz sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 27 dekabr 2018-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;    
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Sənədlər aşağıdakı ünvan üzrə 14 dekabr 2018-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Şamxal Məmmədov
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 147)
E-mail: shamkhal.mammadov@azpromo.az
E-mail: destek@azpromo.az

Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az
E-mail: destek@azpromo.az

İnteraktiv Xəritə