AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

 

Xarici bazarların araşdırılması məqsədi ilə ixracatçıların sifarişlərinin qəbulu üzrə müsabiqəyə sənəd qəbulunun vaxtı dəyişdirilib

 

 


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mövcud koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər səbəbindən sənədlərin qəbul edilməsində çətinliklərin mövcud olduğunu nəzərə alaraq, xarici bazarların araşdırılması məqsədilə ixracatçılardan müraciətlərin qəbulunun son tarixinin 1 avqust 2020-ci il tarixindən 31 avqust 2020-ci il tarixinə keçirildiyini elan edir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərar ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 14 sentyabr 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

 

Əlavə məlumat üçün:

Anar Nuriyev

AZPROMO - İxracın Təşviqi Departamentinin marketinq üzrə meneceri
Tel: +99412 5980147/48 (daxili 123)
E-mail: anar.nuriyev@azpromo.az

 

Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az

E-mail: destek@azpromo.az

 

İnteraktiv Xəritə