AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

“Fruit Logistica 2018”də vahid ölkə stendi altında iştirak etmək üçün sənəd qəbulu başladı!


Almaniyanın Berlin şəhərində 7 fevral - 9 fevral 2018-ci il tarixlərində keçiriləcək "Fruit Logistica 2018" Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi altında iştirakla bağlı ixracatçıların müraciətlərinin qəbuluna başlanılır!

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 30 şirkət

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir. Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 3 noyabr 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. 

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.

Vahid ölkə stendində iştirak etməkdə maraqlı olan ixracatçılar aşağıdakı sənədləri AZPROMO-ya təqdim etməlidirlər:

  • ərizə;
  • nümayiş olunacaq məhsulların siyahısı;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 16 oktyabr 2017-ci il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr.32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az

E-mail: destek@azpromo.az

İnteraktiv Xəritə