AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

“SIAL CHINA 2018”də vahid ölkə stendi altında iştirak etmək üçün sənəd qəbulu başladı!


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Şanxay şəhərində 2018-ci ilin may ayında keçiriləcək “SIAL CHINA 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi altında iştirakla bağlı ixracatçıların müraciətlərinin qəbuluna başlanılır!

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 50 şirkət

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir. Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 12 yanvar 2018-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.

Vahid ölkə stendində iştirak etməkdə maraqlı olan ixracatçılar aşağıdakı sənədləri AZPROMO-ya təqdim etməlidirlər:

  • ərizə;
  • nümayiş olunacaq məhsulların siyahısı;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 29 dekabr 2017-ci il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr.32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az

E-mail: destek@azpromo.az

İnteraktiv Xəritə