AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

İxracatçıların nəzərinə!


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il üzrə ixracatçıların fərdi qaydada iştirakına dəstək veriləcək xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkaların siyahısı müəyyən edilmişdir.

Siyahı ilə burada tanış ola bilərsiniz.

İştirak qaydaları

Siyahıda əks olunmuş sərgilərdə və ya yarmarkalarda iştirak etmiş ixracatçılar beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakı başa çatdığı tarixindən 30 (otuz) iş günü müddətində dəstək məbləğini əldə etmək məqsədi ilə İqtisadiyyat Nazirliyinə - AZPROMO-ya ərizə (ərizə nümunəsi) ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

görülmüş işi, göstərilmiş xidməti və ya icarə haqqını təsdiq edən sənədin (hesab-faktura (invoys), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video 

Dəstək məbləğinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 7-ci hissəsinə uyğun aparılır.   
Müraciət üçün ərizələr aşağıdakı ünvana təqdim olunmalıdır:
İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı (destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz

 

İnteraktiv Xəritə