AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
MADE IN AZERBAIJAN

İxrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Səfər olunan ölkələr və səfərlərin tarixi qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur.

4 gün davam edən bir səfərdə maksimum 20 ixracatçı iştirak edir və hər ixracatçı yalnız 1 nümayəndə ilə təmsil olunur.

Səfər ilə bağlı təşkilatı işlər (mehmanxana, nəqliyyat, işgüzar görüşlər üçün məkanın və avadanlıqların icarəsi, tərcümə xidmətləri) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.

Hər növbəti ixrac missiyasına ərizə qəbulunun başlanması ilə bağlı elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası missiyada iştirak edəcək ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının məhsul üzrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər missiyada iştirak etmək hüququ qazanırlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Azərbaycan istehsalı olan limonadın, Naftalan məlhəminin (mazının) və meyvələrin, xüsusilə də alma və narın Qazaxıstana ixracına dair ilkin razılıqlar əldə edilmişdir və sifarişlər qəbul olunmuşdur. Bundan əlavə, sənaye boyasının ixracına dair sifariş alınmış və artıq ixrac həyata keçirilmişdir.

Qazaxıstan, Almatı və Astana, 23-26 aprel 2017

Ət, nar şirəsi, naftalan neftindən istehsal edilən tibbi və kosmetoloji məhsulların Qətərə ixracına dair razılaşmalar əldə edilmiş, şəhər və park mebelinin Qətərdə təşviqi, distributorluğu və satışına dair müqavilə imzalanmışdır.

Qətər, Doha, 25-28 fevral 2017

Mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, doğranılmış göbələyin ixracı üzrə sifarişlər alınmış, nar şirəsi, qənnadı məhsulları, fitinq və polietilen borular, metal konstruksiyalar və digər tikinti materiallarının ixracı üzrə ilkin razılaşmalar əldə edilmişdir.

Pakistan, İslamabad, Ravalpindi və Lahor, 9-11 fevral 2017

Quru süd, süd məhsulların və mebelin Azərbaycandan Əfqanıstana ixracına dair razılaşmalar əldə olunmuşdur.

Əfqanıstan, Kabul, 5-8 fevral 2017

Çay və narın Almaniyaya ixracına dair ilkin razılaşma əldə olunmuş, nar şirəsinin İsveçə ixracına dair müqavilə imzalanmışdır.

Almaniya, Berlin, 23-26 yanvar 2017

Nar şirəsi və almanın, həmçinin balın BƏƏ-yə ixracına dair razılaşma əldə edilmişdir.

BƏƏ, Dubay, 27-30 noyabr 2016

“Interwine 2016” Beynəlxalq Şərabçılıq Sərgisində Azərbaycan Şərabı qızıl medala layiq görülmüşdür və 500 min şüşə yerli şərabın Çinə ixracına dair müqavilə imzalanmışdır.

Çin, Honq-Konq və Quancou, 8-16 noyabr 2016

Bazar araşdırması qeyri-neft məhsullarının ixracı üçün mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının tədqiq olunaraq genişləndirilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bazar araşdırması İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş hədəf bazarlara uyğun olaraq ixracatçıların sifarişləri əsasında müsabiqə nəticəsində seçilmiş ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir.

1 bazar araşdırmasına görə maksimum 20 000 AZN dövlət büdcəsi hesabına ödənilir.

Dəstək tədbirindən yararlanmaq istəyən ixracatçıların seçimi ilə bağlı müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! Hədəf bazarlar müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası müraciətlərin qiymətləndirilməsi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • Müraciətin hədəf bazarlara aid olması;
  • İxracatçının məhsul üzrə istehsal potensialı;
  • İxracatçının məhsul üzrə ixrac potensialı;
  • Araşdırmanın daha öncə bu dəstək tədbiri çərçivəsində həyata keçirilməməsi və aktuallığını itirməməsi;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Növbəti ildə ixracatçıların iştirakı nəzərdə tutulan sərgi və yarmarkaların siyahısı və iştirakçıların maksimum sayı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur və hər il 1 may tarixindən gec olmayaraq elan edilir.

1 il ərzində cəmi 5 beynəlxalq sərgi və yarmarkada vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur.

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı təşkilatı işlər (sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsi, stendin dizaynı, hazırlanması və quraşdırılması, məhsulların daşınması) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası missiyada iştirak edəcək ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Şəkərli vanil və qabartma tozunun Rusiyaya ixracına dair razılaşma əldə olunmuş, fındıq və qənnadı məhsullarının ixracına dair bir sıra çoxsaylı müqavilələr imzalanmışdır. Azərbaycan istehsalı olan fındıq və qurudulmuş xurma "2017-ci ilin Məhsulu" nominasiyası üzrə qızıl medala layiq görülmüşdür. Vahid ölkə stendinin ilk dəfə təşkil olunduğu sərgidə Azərbaycan yeganə və eksklüziv tərəfdaş ölkə kimi həm də “Ən yaxşı debüt” mükafatına layiq görülmüşdür.

Rusiya, Moskva, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi, 11-14 sentyabr 2017

Yerli şərabların Litvaya və növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı ilə bağlı müsbət irəliləyişlər qeydə alınmış, sərginin sonunda stendimizdə nümayiş olunmuş 200 litrdən çox şərab Litvada fəaliyyət göstərən şirkət tərəfindən nümunə olaraq satın alınmışdır.

Almaniya, Düsseldorf, “Prowein” Beynəlxalq Şərab Sərgisi, 19-21 mart 2017

Küveytə meyvə-tərəvəz və nar şirəsi, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq, BƏƏ-yə çay, bal və quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunmuş, Dubaya ət ixracına dair 2 müqavilə imzalanmış, İspaniyaya fındığın ixracı ilə bağlı sifariş qəbul olunmuşdur. Bundan başqa, “Lulu” marketlər şəbəkəsinin Körfəz regionunda fəaliyyət göstərən mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

BƏƏ, Dubay, “Gulfood” Beynəlxalq Ərzaq Sərgisi, 26 fevral – 2 mart 2017
Rusiya, Moskva, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi, 11-14 sentyabr 2017

Şəkərli vanil və qabartma tozunun Rusiyaya ixracına dair razılaşma əldə olunmuş, fındıq və qənnadı məhsullarının ixracına dair bir sıra çoxsaylı müqavilələr imzalanmışdır. Azərbaycan istehsalı olan fındıq və qurudulmuş xurma 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülmüşdür. Vahid ölkə stendinin ilk dəfə təşkil olunduğu sərgidə Azərbaycan yeganə və eksklüziv tərəfdaş ölkə kimi həm də “Ən yaxşı debüt” mükafatına layiq görülmüşdür.

Almaniya, Düsseldorf, “Prowein” Beynəlxalq Şərab Sərgisi, 19-21 mart 2017

Yerli şərabların Litvaya və növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı ilə bağlı müsbət irəliləyişlər qeydə alınmış, sərginin sonunda stendimizdə nümayiş olunmuş 200 litrdən çox şərab Litvada fəaliyyət göstərən şirkət tərəfindən nümunə olaraq satın alınmışdır.

BƏƏ, Dubay, “Gulfood” Beynəlxalq Ərzaq Sərgisi, 26 fevral – 2 mart 2017

Küveytə meyvə-tərəvəz və nar şirəsi, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq, BƏƏ-yə çay, bal və quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunmuş, Dubaya ət ixracına dair 2 müqavilə imzalanmış, İspaniyaya fındığın ixracı ilə bağlı sifariş qəbul olunmuşdur. Bundan başqa, “Lulu” marketlər şəbəkəsinin Körfəz regionunda fəaliyyət göstərən mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Növbəti ildə ixracatçıların iştirakı nəzərdə tutulan sərgi və yarmarkaların siyahısı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur və hər il 1 may tarixindən gec olmayaraq elan edilir.

Bu dəstək tədbiri son 6 ay ərzində sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsinə, stendin dizaynı, hazırlanması və quraşdırılmasına, məhsulların daşınmasına çəkilən xərcləri əhatə edir və ödənilən məbləğ çəkilən xərclərin 30%-ni (maksimum 5000 AZN) təşkil edir.

Dəstək məbləğini əldə etmək məqsədilə ixracatçı ilk növbədə beynəlxalq sərgi və yarmarkada fərdi qaydada iştirak edəcəyinə dair müvafiq ərizə ilə müraciət etməlidir.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

  • ərizəçi hüquqi şəxs olduqda: adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü;
  • ərizəçi fiziki şəxs olduqda: adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, verilmə tarixi və sənədi verən təşkilat, ünvan), fəaliyyət növü;
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN;
  • sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü;
  • iştirak nəzərdə tutulan sərgi və yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası;

İqtisadiyyat Nazirliyi tərəfindən iştiraka dair qərarın qəbul edilməsi aşağıdakı meyarlar üzrə dəyərləndirilir:

  • müraciətdə göstərilən sərgi və yarmarkanın təsdiqlənmiş siyahıda olması;
  • nümayiş olunan məhsulun sərgi və yarmarkada nümayiş olunan məhsullar kateqoriyasına uyğunluğu;

Ərizəyə 10 iş günü müddətində baxılır, aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 2 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırılandan sonra ərizəyə baxış dama etdirilir və iştiraka dair qərar qəbul olunur.

Müsbət qərar almış ərizəçilər ilkin ərizədə qeyd etdikləri beynəlxalq sərgi və yarmarkada iştirak etdikdən sonra 30 iş günü müddətində dəstək məbləğini almaq üçün yenidən müvafiq ərizə ilə müraciət etməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • görülmüş iş, göstərilmiş xidmət və ya icarə haqqını təsdiq edən sənədin (invoys, hesab-faktura) əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
  • müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
  • vəsaitin ödənilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
  • iştirakla bağlı yazılı, foto və ya video hesabat;

“İnzibati İcraat Haqqında” Qanuna əsasən ərizə və sənədlərə 30 iş günü müddətində baxılır. Aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə ilk 5 iş günü ərzində ərizəçiyə məlumat verilir. Ərizəçi bu çatışmazlıqları növbəti 10 iş günü ərzində aradan qaldırılır və sonra sənədlərə baxış yenidən davam etdirilir.

Dəstək məbləğinin ödənilməsi ilə bağlı müsbət qərar qəbul edildiyi təqdirdə 20 iş günü ərzində vəsait milli valyutada müraciət edən şəxsin bank hesabına köçürülür.

Ərizə və sənədlər qeyd olunan ünvan üzrə birbaşa AZPROMO-ya təqdim olunmalıdır: Bakı şəh., Neftçilər pr.32, Bakı Biznes Mərkəzi, AZ1000.

Dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi yerli qeyri-neft məhsullarının vahid ad altında xarici ölkələrdə təqdim edilməsi və geniş miqyasda tanıdılması məqsədilə təşkil olunan dəstək tədbiridir.

Dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviq edilməsi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir. Qeyd olunan hüquqi şəxslərin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Qeyd olunan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı çəkilən xərclər onların təqdim etdiyi sənədlər əsasında 20 iş günü müddətində ödənilir.

Hüquqi şəxslərin xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə məhsulları təbliğ olunacaq ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! “Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkə, hüquqi şəxsin müvafiq xarici filial və nümayəndəliyinin adı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və “Duty Free”lərdə “Made in Azerbaijan” rəflərinin təşkili yerli qeyri-neft məhsullarının vahid brend ilə dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan mağazaların və “Duty Free”lərin, həmçinin həmin rəflərdə yerləşdirilməsi nəzərdə tutulan məhsulların siyahısı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilərək elan edilir.

Bu dəstək tədbiri çərçivəsində yerlərin icarəsi və idarə olunması, məhsulların daşınması və gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün xərclər dövlət büdcəsi hesabına ödənilir.

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalar və “Duty Free”lər aşağıdakı meyarlar üzrə müəyyənləşdirilirlər:

  • müvafiq ölkəyə Azərbaycan məhsullarının ixrac potensialı;
  • mağazanın istehlakçılar tərəfindən geniş tanınan mağazalar şəbəkəsinə aid olması;
  • “Duty Free”lərin fəaliyyət göstərdiyi ərazilərdə sərnişin daşımalarının həcminin böyüklüyü və ərazinin beynəlxalq nəqliyyat qovşağı baxımından əhəmiyyəti;

1 təqvim ili ərzində “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan mağazaların və “Duty Free”lərin sayı 2-dən artıq ola bilməz.

Rəflərdə məhsulları yerləşdiriləcək ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! Mağazaların, “Duty Free”lərin və məhsulların siyahısı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də “Made in Azerbaijan” brendinin təbliği yerli qeyri-neft məhsullarının vahid ad altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bu dəstək tədbiri çərçivəsində ödənilən dəstək məbləğinə reklam kampaniyalarının aparılması ilə bağlı xərclər daxildir.

“Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və KİV qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı meyarlar əsasında müəyyən edilir:

  • reklam yerləşdiriləcək ictimai yerlərin əhalinin və nəqliyyat axınlarının sıx olduğu yerlərə aid olması;
  • KİV-lərin izləyici və oxucu kütləsinin genişliyi;

Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də məhsulları təbliğ olunacaq ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! “Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər, KİV-in adı, təbliğat növü, reklam olunacaq məhsulların siyahısı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ​ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Xarici ölkələrdə Azərbaycan mənşəli qeyri-neft məhsulları üçün sertifikat və patentlərin alınmasına, həmçinin əmtəə nişanlarının qeydiyyatına dövlət büdcəsi hesabına dəstək məbləğinin ödənilməsi yerli məhsullarının “Made in Azerbaijan” brendi altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, həmçinin əmtəə nişanlarının qeydiyyatına görə ödənilən məbləğ qeyd olunan işlərlə bağlı son 6 ay ərzində çəkilən xərclərin 50%-ni (maksimum 5000 AZN) təşkil edir.

Bu dəstək tədbirindən yararlanmaq istəyən ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! Sertifikat və patentlərin alınması üçün xarici ölkələr, məhsullar və həmin məhsullar üzrə sertifikatların siyahısı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər barədə müsbət qərar qəbul olunur.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Müsbət cavab almış ixracatçılar sertifikat və ya patent aldıqdan sonra dəstək məbləğini almaq üçün 30 iş günü müddətində müvafiq ərizə ilə təkrar müraciət etməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • sertifikat, patent və ya əmtəə nişanının qeydiyyat sənədinin notarial qaydada təsdiq olunmuş surəti;
  • rüsum və xidmət haqlarının ödənilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

“İnzibati İcraat Haqqında” Qanuna əsasən ərizə və sənədlərə 30 iş günü müddətində baxılır. Aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə ilk 5 iş günü ərzində ərizəçiyə məlumat verilir. Ərizəçi bu çatışmazlıqları növbəti 10 iş günü ərzində aradan qaldırılır və sonra sənədlərə baxış yenidən davam etdirilir.

Dəstək məbləğinin ödənilməsi ilə bağlı müsbət qərar qəbul edildiyi təqdirdə 20 iş günü ərzində vəsait milli valyutada müraciət edən şəxsin bank hesabına köçürülür.

Qeyd! Ərizə və sənədlər qeyd olunan ünvan üzrə birbaşa AZPROMO-ya təqdim olunmalıdır: Bakı şəh., Neftçilər pr.32, Bakı Biznes Mərkəzi, AZ1000.

İxracyönümlü yeni məhsulun və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsi, habelə mövcud məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılması məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bu dəstək tədbirinə görə ödənilən məbləğ çəkilən xərclərin 50%-ni (1 layihə üzrə maksimum 100 000 AZN) təşkil edir. 1 il ərzində 10 tədqiqat-inkişaf proqramı keçirilə bilər.

Tədqiqat-inkişaf proqramları ixracatçıların sifarişləri əsasında müsabiqə nəticəsində seçilmiş ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir.

Ixracatçıların seçimi ilə bağlı müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

İxracatçıların sifarişləri aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

  • ixracatçının istehsal və ixrac potensialı;
  • yeni məhsul və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsinin ixracatçının istehsal və ixrac potensialının artırılmasına müsbət təsiri;
  • tədqiqat-inkişaf proqramının məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılmasına müsbət təsiri;

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər barədə müsbət qərar qəbul olunur və tədqiqat-inkişaf proqramı həyata keçirilir.

İnteraktiv Xəritə