ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Himayəçilər Şurası

5. Fondun rəhbər orqanları və səlahiyyətləri
5.1. Fondun ali idarəetmə orqanı təsisçi (onun nümayəndəsi) tərəfindən təşkil olunan Himayəçilik Şurasıdır. Himayəçilik Şurasının 15 nəfərdən 55 nəfərə qədər üzvü ola bilər. Himayəçilik Şurasının üzvləri Fondun təsisçisi (onun nümayəndəsi) tərəfindən 3 (üç) il müddətinə seçilirlər və geri çağırılırlar.
5.2. Fondun Himayəçilik Şurasına yeni üzvlər yalnız Fondun Himayəçilik Şurasının bütün üzvlərinin razılığı ilə qəbul edilir.
5.3. Himayəçilik Şurası:
5.3.1. Fondun fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir;
5.3.2. Fondun proqramlarını təsdiq edir və onların həyata keçirilməsinə nəzarət edir;
5.3.3. Fondun Prezidentini seçir və vəzifədən geri çağırır;
5.3.4. Fondun Prezidentinin təqdimatı əsasında Fondun Vitse-Prezidentini seçir və vəzifədən geri çağırır;
5.3.5. Fondun Prezidentinin hesabatlarını qəbul edir;
5.3.6. Fondun filiallarının və nümayəndəliklərinin açılması barədə qərar verir, onların əsasnamələrini təsdiq edir;
5.3.7. Fondun təsərrüfat cəmiyyətlərinin təsis olunması və ya Fondun hər hansı təsərrüfat cəmiyyətində iştirakı barədə qərar verir;
5.3.8. Fondun mənafeyi, onun Nizamnamə məqsədləri tələb edən hallarda Fondun Nizamnaməsinə dəyişiklik və əlavələr edir;
5.3.9. Fondun yenidən təşkili və ləğv olunması barədə qərar qəbul edir.
5.4. Nizamnamənin 5.3-cü maddəsinin 5.3.8-ci və 5.3.9-cu bəndlərində göstərilən məsələlərə dair qərarlar Fondun Himayəçilik Şurasının üzvlərinin 3/4-dən çoxunun razılığı ilə qəbul edilir.
5.5. Nizamnamənin 5.3-cü maddəsinin 5.3.8-ci və 5.3.9-cü bəndlərində göstərilən məsələlər istisna olmaqla digər məsələlər üzrə qərarlar Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada qiyabi səsvermə qaydasında qəbul oluna bilər. Fondun Himayəçilik Şurası üzvlərindən biri həmin məsələ barədə qiyabi səsvermə keçirilməsinə etiraz etdikdə səsvermə əyani keçirilməlidir.
5.6. Fondun Himayəçilik Şurasına sədr rəhbərlik edir. Fondun Himayəçilik Şurasının sədri Himayəçilik Şurasının üzvləri sırasında 3 (üç) il müddətinə Himayəçilik Şurasının üzvlərinin 3/4-dən çoxunun razılığı ilə seçilir. Hər hansı bir səbəbdən Himayəçilik Şurasının sədrinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə Himayəçilik Şurasının sədri növbədənkənar qaydada da seçilə bilər.