AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar xüsusi beynəlxalq proqramda iştirak etməyə dəvət olunur

Azərbaycan istehsalçılarına məhsullarını Rusiyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri sayılan "X5 Group"un xüsusi rəflərində təqdim edilməsi təklif olunur.

 

"MDB-nin İqtisadi İnkişafı üzrə Biznes Mərkəzi" Assosiasiyasının Rusiyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri olan "X5 Group" ilə imzaladığı malların rəflərə sadələşdirilmiş çıxışı hesabına keyfiyyətli məhsul çeşidinin artırılması haqqında razılaşmasına əsasən, Assosiasiya MDB ölkələrindən olan məhsulların brendləşmiş rəflərini təşkil edir. Rəflər kassa zonasında, maksimum istehlakçı aktivliyi müşahidə olunan yerlərdə yerləşir. Brendləşmiş rəfdə məhsulların qalma müddəti 90 gündür. Sözügedən müddətin nəticələrinə görə, istehsalçı ilə pərakəndə satış şəbəkəsi arasında birbaşa müqavilə imzalanması barədə qərar qəbul olunacaq.

 

Qeyd edək ki, xüsusi beynəlxalq proqramda iştirak etmək üçün məhsulları sözügedən rəflərdə təqdim olunacaq 20 istehsalçı seçiləcək. Proqramda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər:

 

Əlaqələndirici şəxs: Orxan Mustafayev;

Tel.: (+994 12) 598-01-47 / 48 (daxili 3665);

E-mail: orkhan.mustafayev@azpromo.gov.az.

 

"X5 Group"un Azərbaycanla kənd təsərrüfatı sektorunda tərəfdaşlığın perspektivlərini əks etdirən analitik təqdimatla bu keçiddən istifadə edərək tanış olmaq mümkündür.