RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əczaçılıq sahəsində əməkdaşlığın inkişafına həsr olunmuş videokonfrans keçirilib

İyunun 25-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə əczaçılıq sahəsində əməkdaşlığın inkişafı mövzusunda video konfrans formatında görüş keçirilib. Tədbirdə Azərbaycan və Rusiya arasında əczaçılıq məhsulları, tibbi texnika, material və ləvazimatların istehsalı sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament rəhbəri Zöhrab Qədirov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, əczaçılıq sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, Rusiya iş adamlarını Azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edib. Tədbirdə iqtisadi əlaqələrin genişləndirilməsi, işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.