Azərbaycan Arıçılar Assosiasiyası
2015-ci ilin oktyabr-noyabr aylarında bütün arıçıları və bu sahənin təşkilatlarını bir arada birləşdirmək məqsədilə arıçılar tərəfindən niyyət protokolu imzalandı. 2016-cı ilin 20 fevral tarixində keçirilmiş təsis yığıncağında Bədrəddin Həsrətov, Sabir Mustafayev və Şahin Cəfərov tərəfindən “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi (AAA) yaradıldı və Assosiasiyanın nizamnaməsi təsdiq edildi. 2016-cı il 28 fevral tarixində Assosiasiyanın birinci ümumi yığıncağı keçirildi və bu yığıncaqda genişləndirilmiş İdarə Heyəti yaradıldı.
İdarə Heyətinin sədri: Bədrəddin Həsrətov
İdarə Heyətinin sədr müavini: Sabir Mustafayev
Nəzarət-Təftiş Komissiyasının sədri: Şahin Cəfərov
AAA-nın Respublika üzrə arıçılar yaşadığı rayonlarda 29 şöbəsi yaradılmışdır. Daha 23 rayonda şöbələrin yaradılması gündəlikdədir. Ümumilikdə, AAA Respublikanın 52 rayonunda 2000-dən çox arıçı və arıçılıq sahəsində çalışan sahibkarı özündə birləşdirir.
Assosiasiyanın yaranmasında məqsəd ölkədə arıçılığın inkişaf etdirilməsinə, arıçıların problemlərinin həllinə, arıçılığın ölkə iqtisadiyyatında layiqli yer tutmasına, Azərbaycan arıçılığının dünya səviyyəsinə qaldırılmasına, arıçılıq sahəsində ümumi konsepsiyanın hazırlanmasına və arıçılıqla bağlı digər məsələlərin reallaşdırılmasına xidmət etməkdir.
Assosiasiyaya hüquqi və 18 yaşına çatmış fiziki şəxslər üzv ola bilər. Bu hüquqi və fiziki şəxslər arıçılıqla bağlı olmalı, arıçılıq sahəsinə və arıçılığın inkişafına xidmət göstərməlidirlər.
Çinin tanınmış tibb və əczaçılıq müəssisələrinin əksər hissəsinin qeydiyyatdan keçdiyi Çin Ticarət Palatası tərəfindən yaradılmış onlayn platformada olan məhsullara dair əməkdaşlıq təklif edilir.
Əlaqələndirici şəxs: Zhang Xiaohui
Telefon: +99450 3690859
+99455 3690859
+99470 3690859
E-poçt: office@baa.az
Internet səhifə: http://baa.az