RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxrac üçün yeni imkanlar müzakirə edilib

İyulun 13-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə «Azərbaycan nemətləri layihəsi: Rusiyaya ixrac üçün yeni imkanlar» mövzusunda videokonfrans formatında görüş keçirilib.

Tədbirdə Rusiyanın logistika və sertifikatlaşdırma şirkətlərinin təmsilçiləri ticarət şəbəkələri ilə iş prinsipləri, logistik təminat, sertifikatlaşdırma qaydaları haqqında Azərbaycan sahibkarlarına ətraflı məlumat veriblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları barədə məlumatları iştitakçıların diqqətinə çatdırıb, Rusiya və Azərbaycan iş adamlarını əlaqələri genişləndirməyə dəvət ediblər.

Sonda maraqlandıran suallar cavablandırılıb.