RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və “Kazakh İnvest” ASC arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Kazakh İnvest” ASC arasında onlayn işgüzar görüş keçirilib.

AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların cəlb edilməsinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

“Kazakh İnvest” şirkətinin İdarə Heyətinin sədri Baurcan Sartbayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, bu cür tədbirlərin təşkilinin iki qurum arasında əlaqələrin günişlənməsində rolunu vurğulayıb.

Görüşdə (AZPROMO) və “Kazakh İnvest” ASC arasında qarşılıqlı əlaqələrin inkişafı, İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) çərçivəsində birgə layihələrin perspektivləri müzakirə olunub.

Qeyd edək ki, AZPROMO və “Kazakh İnvest” ASC İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının üzvüdür. AZPROMO həm də Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.