RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və “Tajİnvest” arasında onlayn görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Tacikistanın “Tajİnvest” arasında onlayn işgüzar görüş keçirilib. AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, "Made in Azerbaijan" brendinin təşviqi və Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. “Tajİnvest” şirkətinin baş direktoru Fayzullozoda Xurşed Mirzo iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib, bu sahədə görüləcək işləri diqqətə çatdırıb. Görüşdə AZPROMO və “Tajİnvest” arasında İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) çərçivəsində birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, hər iki qurum İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvləridir. AZPROMO Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.