RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

The benefits on Doing Business in Azerbaijan were presented to Japanese businessmen

Bakı Biznes Mərkəzində Yaponiyanın Okinava prefekturası Parlamentinin sədri Masahuru Kinanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, Yaponiya şirkətləri tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 4,8 milyard dollar investisiya qoyulmuşdur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 558,1 milyon dollar təşkil etmişdir.
Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Sahil Babayev qeyri-neft sahəsində Yaponiyanın kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış regionu olan Okinava prefekturası ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu, bu əlaqələrin inkişafında Yaponiya nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd etmişdir.
Yaponiyanın Okinava prefekturası Parlamentinin sədri Masahuru Kina Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımdan önəmli olacağını vurğulamışdır. M.Kina bildirmişdir ki, səfərin əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq və Okinava prefekturasına daxil olan Miyakocima şəhəri ilə Naxçıvan şəhərinin qardaşlaşmaq istəyini reallaşdırmaqdır.
Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iqtisadiyyatın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində həyata keçirilən sistemli tədbirlər, o cümlədən AZPROMO tərəfindən bu sahədə görülən işlər barədə məlumat vermiş, Yaponiya iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.