RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

General meeting of Beekeepers Association held

Dekabrın 23-də Bakı Biznes Mərkəzində Azərbaycan Arıçılar Assosiasiyasının II ümumi yığıncağı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov arıçılığın inkişafı istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verib, bu istiqamətdə  Arıçılar Assosiasiyasının üzərinə düşən vəzifələri və Assosiasiyanın gördüyü işləri diqqətə çatdırıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov aqrar sahənin inkişafının daim diqqət mərkəzində saxlanıldığını, digər sahələrlə yanaşı, ölkəmizdə arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini bildirib. Rüfət Məmmədov xarici bazarlarda yüksək keyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq olduğunu, bu sahədə geniş ixrac potensialının mövcudluğunu vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Abduləliyev bildirib ki, beynəlxalq mütəxəssislərin köməyi ilə yerli arıçılara seleksiya-damazlıq işlərinin aparılması, ana arı yetişdiriciliyi, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması məqsədi ilə praktik treninqlər keçirilib, respublikada ilk dəfə genofond arıxanaların yaradılmasına başlanıb. Bu sahədə mütəxəssis hazırlığı ilə yanaşı, genofond arıxanası kimi fəaliyyət göstərəcək yerlər zəruri avadanlıqlarla təchiz edilib.
Tədbirdə həmçinin, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev  Azərbaycanda arıçılığın iqtisadi səmərəliliyinin artırılması və inkişaf perspektivləri, AMEA-nın Zoologiya İnstitutunun direktor müavini Ərşad Cəlilov isə arı xəstəlikləri və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə məruzələrlə çıxış etmişlər.
Sonunda Assosiasiyanın gələcək fəaliyyəti və təşkilati məsələlər müzakirə edilib.