RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

В Университете АДА были выслушаны лекции по продвижению бренда «Made in Azerbaijan»

Aprelin 18-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov “ADA” Universitetinin Biznesin idarə edilməsi fakultəsinin MBA proqramı üzrə təhsil alan tələbələrin “Qlobal kontekstdə marketinq” fənnində qonaq mühazirəçi qismində çıxış edib.
Rüfət Məmmədov “Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri, habelə bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. AZPROMO tərəfindən ixracatçılara göstərilən dəstəyin yerli şirkətlərin daxili və qlobal bazarlarda mövqeyinin möhkəmləndirilməsinə təsirini diqqətə çatdırıb.
Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb