RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Обсуждались вопросы экспорта с производителями фруктов и овощей

Aprelin 20-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalçıları ilə ixrac məsələlərinin müzakirəsinə dair İxracatçılar Klubunun növbəti iclası keçirilib. İclasda bu sahədə fəaliyyət göstərən 20-ə yaxın ixracatçı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara göstərilən dəstək barədə danışıb. İxracatçıları “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi mexanizmlərindən daha çox faydalanmağa, ixracın şaxələndirilməsində fəallığın artırılmasına dəvət edib. Eyni zamanda, Azərbaycan məhsullarının ənənəvi bazarlarla yanaşı, tanınmış iri market şəbəkələrinə çıxışının vacibliyini vurğulayıb. İclasda ixracatçıların bu istiqamətdə qarşılaşdıqları problemlərlə tanış olunub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.