RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Cостоялось заседание Общественного Союза Азербайджанских Производителей и Экспортеров Молочных Продуктов

Mayın 11-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin iclası keçirilib. İclasda bu sahədə fəaliyyət göstərən 50-ə yaxın süd istehsalçı və emalçıları iştirak edib.
Tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təbliği məqsədilə görülən işləri qeyd edib, süd və süd məhsullarının istehsalı və ixracının artırılması, eləcə də bu istiqamətdə fəaliyyət göstərən istehsalçılar arasında assosiativ əlaqələrin qurulması baxımından assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov südçülük təsərrüfatlarında istehsalın artırılması, süd və süd məhsullarının ixracı istiqamətində görüləcək tədbirlər barədə məlumat verib.
Tədbirdə həmçinin, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin 2018-ci ildə görəcəyi işlərə dair təqdimatı dinlənilib, müzakirələr aparılıb.