RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"New trends for soft drinks and wine products, distribution channels and competition" training was held

 İyulun 31-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Alkoqolsuz içkilər və şərab məhsulları üçün yeni tendensiyalar, paylama kanalları və rəqabət” mövzusunda təlim keçirilmişdir.

Tədbirdə alkoqolsuz içkilər və şərab istehsalı ilə məşğul olan şirkətlərdən 30-a yaxın nümayəndə iştirak etmişdir.
AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev təlim iştirakçılarına AZPROMO-nun yerli iş adamlarının ixrac sahəsində maarifləndirilməsi, onlara xarici ticarət sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində göstərilən xidmətlər, o cümlədən bu sahədə GİZ ilə uğurlu əməkdaşlıq barədə ətraflı məlumat vermişdir.
GİZ-in Bakı nümayəndəliyinin rəhbəri Sonia Fountaine isə təşkilatın Azərbaycandakı fəaliyyəti və maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışmışdır.
Təlim çərçivəsində marketinq üzrə beynəlxalq ekspert Christine Young alkoqolsuz içkilər və şərab məhsulları üzrə qlobal perspektivlər, Avropa Birliyində alkoqolsuz içkilər və şərab məhsulları üzrə mövcud tendensiyalar və s. mövzularda təqdimatla çıxış etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və onlara sertifikatlar təqdim edilmişdir.