RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Training in the frame of "Get Ready to Export!"

Noyabrın 23-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə “İxraca hazır ol” layihəsi çərçivəsində “Beynəlxalq ticarətdə sənədləşmə və malın çatdırılma şərtləri” mövzusunda təlim keçirilib.
Tədbirdə sahibkarlara beynəlxalq ticarətdə sənədləşmə üzrə ekspert tərəfindən alqı-satqı müqavilələri, hesab faktura, məhsulun daşınma sənədləri (TIR Carnet, CMR, Bill of Landing, Airway Bill), ixraca dair sənədləşmə və s. barədə ətraflı məlumat verilib.
Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb.