Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə “TUV Austria Turk” şirkəti arasında keçirilmiş görüşdə qarşılıqlı əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Görüşdə dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərən “TUV Austria Turk” beynəlxalq şirkətinin Azərbaycanda yeyinti və kənd təsərrüfatı məhsullarının analizi üçün sertifikatlaşdırma laboratoriyasının yaradılması barədə razılığa gəlinib.
Sonunda “TUV Austria Turk” şirkəti ilə AZPROMO arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, yeni yaradılacaq laboratoriyada Azərbaycan məhsullarına İSO 17025 standartlarına uyğun olaraq İxrac Sertifikatlarının verilməsi həyata keçiriləcək. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixracını daha da asanlaşdıracaq.