RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxracla əlaqəli beynəlxalq sertifikatın alınmasına dəstək göstərilməsi məqsədi ilə ixracatçıların sifarişlərinin qəbulu üzrə müsabiqəyə sənəd qəbulunun vaxtı dəyişdir

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mövcud COVİD-19 epidemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən sənədlərin qəbulunun mümkünsüzlüyünü nəzərə alaraq ixracla əlaqəli beynəlxalq sertifikatın alınmasında iştirak etmək üçün ixracatçılardan müraciətlərin qəbulunun 30 aprel 2020-ci il tarixindən 29 iyun 2020-ci il tarixinə keçirildiyini elan edir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərar ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 10 iyul 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

 

Əlavə məlumat üçün:

Samirə Məmmədova
AZPROMO - İxracın təşviqi departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 120)
E-mail: samira.mammadova@azpromo.az

E-mail: destek@azpromo.az

Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az