RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO əməkdaşlıq etdiyi beynəlxalq qurum və təşkilatlara müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) əməkdaşlıq etdiyi beynəlxalq qurum və təşkilatlara Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı bəyanat ünvanlayıb.

Bəyanatda Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması və bu ilin sentyabrın 27-dən işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatlara başlaması, Ermənistan silahlı birləşmələrinin müxtəlif növ silahlardan istifadə edərək mülki əhalini və mülki obyektləri atəşə tutması, uşaqlar da daxil olmaqla mülki şəxslərin həlak olması və yaralanması əksini tapmışdır. Bu, döyüş meydanında mübarizə apara bilməyən erməni terrorizminin insanlığa, bəşəriyyətə qarşı cinayətidir.

Bəyanatda həmçinin bildirilir ki, bu gün müzəffər Azərbaycan Ordusu tarix yazır, torpaqlarımızı erməni silahlı birləşmələrindən və terrorçularından azad edir.

Biz öz doğma və tarixi torpaqlarımızda vuruşuruq və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparırıq!

Qarabağ Azərbaycandır!